25 C
Baku
23 İyun 2025, 12:56
Mədəniyyət

“Hekayəti-xırs-quldurbasan” əsəri tamaşaçıları ilə görüşdü

Bugun.tv xəbər verir ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrında görkəmli yazıçı, dramaturq M.F. Axundzadənin “Hekayəti-xırs-quldurbasan” əsəri xalq artisti, rejissor Cənnət Səlimova tərəfindən səhnəyə qoyulub.

“Əsərdə XIX əsrin ortalarında Azərbaycan məişətinin ən səciyyəvi cəhətləri təsvir olunub. Bu məişət səhnələri arxasında isə, real insan münasibətləri, tipik həyat lövhələri, ictimai məsələlər durur. Belə ki, günümüzün tamaşaçılarını da narahat edən bu məsələlər çox gözəl səhnə qurluşunda izləyicilərə çatdırılıb. Onu da qeyd edim ki, baş rollarda Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyorları Divanbəyi polkovnik – Kərəm Hadızadə, Tanrıverdi – Anar Seyfullayev, Zalxa rolunda – əməkdar artist Leyli Vəliyeva, Pərzad – Asya Atakişiyeva, Namaz rolunda – əməkdar artist Nofəl Vəliyev, Bayram – əməkdar artist Elnur Kərimov,  Vəli Xatunoğlu – Aydın Dəmirov, Oruc Nəsiboğlu – Ceyhun Məmmədov, Frans Fokst – Elşən Hacıbabayev, Mariya Adamovna – Şəbnəm Hüseynovna, Ayı rolunda – Xaliq Bəkirov, Meymun rolunda- Hilal Dəmirov və.b. ifa edirdilər”.

Tamaşa haqqında məlumatı və fotoları saytımıza verən həvəskar şair, həvəskar musiqiçi, bədii qiraət ustası, aparıcı, hərbi mütəxəssis və Vətən müharibəsi veteranı Cəbrayıl Qənbər həmçinin, peşəkar klipmeyker və fotoqrafdır.

Aynur Camal

Oxşar xəbərlər

Tanınmış müğəninin konserti baş tutdu

Aynur Camal

“Bir ailə” filminin 80, ssenari müəllifinin 115 yaşı tamam olur – FOTO

Bugün TV

Türkiyədə  Şuşa Azərbaycan Evi açılır

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu