25 C
Baku
27 İyul 2024, 4:38
Baş xəbərDünya

HƏMAS: “İsrail Şifa xəstəxanasına ziyan vurdu, ətrafdakı binaları partlatdı”

Bugun.tv xəbər verir ki, İsrail ordusu Qəzza zolağının şimalında Şifa xəstəxanasına hücumlarını davam etdirib və ətrafdakı binaları yandırıb. Məlumatı HƏMAS yayıb.

Açıqlamada İsrail ordusunun Şifa xəstəxanası və ətrafına qarşı hücumlarını dördüncü gündür davam etdirdiyi bildirilib. Qeyd olunub ki, İsrail əsgərləri xəstəxanaya, onun infrastrukturuna və avadanlıqlarına ziyan vurub, xəstələri, tibb işçilərini və məcburi köçkün mülki vətəndaşları içəridə saxlayıb, ətrafdakı binaları yandırıb partladıblar. Xəstəxanada olanların silah hədəsi altında cənuba getməyə məcbur edildiyi bildirilib.

Bəyanatda Şifa xəstəxanası və ətrafda baş verənlərlə bağlı beynəlxalq ictimaiyyətin susmasına da reaksiya verilib, ərəb ölkələri və xalqına “soyqırımı dayandırmaq üçün hərəkətə keçməyə” çağırılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Avtomobil dərəyə yuvarlandı: 3 ölü, 2 yaralı var

Bugün TV

Xizəkçi 40 metrdən yıxılaraq ölüb

Aynur Camal

Kann Film Festivalı ilə bağlı qadağa qoyuldu

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu