25 C
Baku
27 İyul 2024, 3:53
Dünya

HƏMAS: Müharibəyə son qoymayan atəşkəsi qəbul etməyəcəyik

Son xəbərlər… Qahirədə keçirilən atəşkəs danışıqları ilə bağlı HƏMAS-dan açıqlama verilib. HƏMAS bəyan edib ki, onlar müharibəni bitirməyən atəşkəsi qəbul etməyəcəklər.

İsrailin Qəzza zolağına hücumları fasiləsiz davam edərkən, Misirdə atəşkəs danışıqları davam edir. HƏMAS-ın verdiyi açıqlamada Qəzzada “müharibəyə son qoymayan” atəşkəs təklifinin qəbul edilməyəcəyi qeyd edilib. Həmas adından danışan rəsmi əlavə edib ki, İsrailin baş naziri Binyamin Netanyahu şəxsən Qəzzada mümkün atəşkəsə mane olub.

Adı açıqlanmayan Həmas rəsmisi, Misirin paytaxtı Qahirədə keçirilən əsir mübadiləsi və atəşkəs razılaşması danışıqları ilə bağlı verdiyi açıqlamada, “İsrail hücumları davam etdirməkdə israr edərək razılaşmanın qarşısını alır. “Sionist varlıq öz əsirlərini xilas etmək üçün razılaşma axtarır, lakin bunu hücumun sonu ilə əlaqələndirmir. Fransanın AFP xəbər agentliyinə danışan rəsmi, HƏMAS-ın “Qəzzəyə hücumların dayandırılmasını açıq şəkildə ehtiva etməyən razılaşmanı heç vaxt qəbul etməyəcəyini” vurğulayıb. İsrailin baş naziri Benyamin Netanyahunu razılaşmaya ən böyük maneə olmaqda günahlandıran Həmas rəsmisi, “Bizdə olan məlumatlar Netanyahunun şəxsi səbəblərdən razılıq əldə olunmasına mane olduğunu təsdiqləyir” deyib.

Digər tərəfdən, İsrailin Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumlarda 12 su quyusu, 2 su təmizləyici qurğu və minlərlə metr su şəbəkəsinin məhv edildiyi bildirilib. Nuseyrat Qaçqınlar Düşərgəsi Bələdiyyəsindən verilən yazılı açıqlamada İsrailin hücumlarının yerli xalqı su, kanalizasiya, zibil toplama kimi ən sadə insani xidmətlərdən belə məhrum etdiyi və bu vəziyyətin yoluxucu xəstəliklərin yayılmasına səbəb olduğu bildirilib.

Bildirilib ki, İsrailin hücumları zamanı düşərgədə və onun ətrafında 12 su quyusu, 2 sutəmizləyici qurğu, 15 su çəni və təxminən 5 min metr su şəbəkəsi məhv edilib. Açıqlamada bölgəyə çox az yanacağın çatdığı, bu səbəbdən suyun təmizlənməsi, kanalizasiya, zibil toplama kimi xidmətlərin göstərilə bilmədiyi, çirkab suların küçələrə sızdığı, 22 min ton zibilin küçələrə yığıldığı bildirilib.

Mənbə: TGRT

Oxşar xəbərlər

Yaponiyanın qərb sahilində təxminən 85 ton ölü balıq aşkarlandı

İntizar Əmirova

Nobel mükafatçısı həbs edildi

Nigar Məmmədova

Almaniyada festival qarışdı! 26 polis yaralandı!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu