Baş xəbərDünya

HƏMAS rəsmisi və Livanda şəhid olan uşaqlar

Sionist rejimin Səidə şəhərində bir mənzili hədəf alan hücumda HƏMAS rəsmisi Həsən Ferhat oğlu və qızı ilə birlikdə şəhid olub.

İşğalçılar Livanın cənubundakı Səidə şəhərində mülki mənzili hədəfə alıblar.

HƏMAS rəsmisi Həsən Ferhatın (Əbu Yaser) yaşadığı bildirilən Zahur rayonundakı mənzilə edilən hava hücumunda Ferhat, qızı və oğlu Həmzə Ferhat şəhid olub.

Hücumun ardından hədəf alınan mənzildə genişmiqyaslı yanğın baş verib, hadisə yerinə yanğınsöndürənlər və sağlamlıq qrupları müdaxilə edib.

Hadisə şahidləri bildiriblər ki, hücumdan sonra mənzilə ciddi ziyan dəyib.

Sidon şəhərindəki Dela xəstəxanasının arxasındakı Zahur rayonunda baş verən hücum, birbaşa mülki əhalinin yaşadığı əraziləri hədəf aldığı üçün reaksiyalara səbəb olub.

Livan təhlükəsizlik mənbələri hücumun birbaşa Həsən Ferhatı hədəf aldığını və bu hücumun mülki itki riski ilə həyata keçirildiyini bildirib.

Sionist rejim hücumla bağlı heç bir açıqlama verməyib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Fevralın 22-də gözlənilən hava şəraiti

Aynur Camal

Kamerada qorxulu anlar! Balina balıqçı gəmisi çevrildi

Şükufə Ramizqızı

Tramp Rusiyanı qınayır! “Vladimir, artıq dayan”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu