11 C
Baku
26 Mart 2025, 17:26
Baş xəbərSosial

General-leytenant Mustafa Oğuz ölkəmizdə rəsmi səfərdədir

Bugun.tv xəbər verir ki, ökəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuzun rəhbərlik etdiyi nümayəndə heyəti “N” hərbi hissəsini ziyarət edib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Qonaqlara hərbi hissənin tarixi, əsas fəaliyyət istiqaməti, eləcə də NATO-Azərbaycan əlaqələri haqqında brifinq təqdim olunub, ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Sonra hərbi hissənin silahlanmasında olan döyüş vasitələri ilə tanış olan nümayəndə heyətinə onların taktiki-texniki göstəriciləri haqqında ətraflı məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Aynur Camal

Oxşar xəbərlər

10 nəfərin olduğu təyyarə səmada yoxa çıxdı

Aynur Camal

ABŞ Prezidenti Tramp: İndi Rusiyadan asılıdır

Aynur Camal

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu