Baş xəbərDünya

“Heydər Əliyev dünya tarixində müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınıb”

Heydər Əliyev dünya tarixində görkəmli siyasi xadim, müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınıb.

Bugun.tv  xəbər verir ki, bu fikirləri Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda ifadə edib.

Məktubda deyilir ki, Heydər Əliyev öz xalqının layiqli oğlu olaraq, yeni Azərbaycanın – beynəlxalq aləmdə müstəqil və praqmatik siyasətini həyata keçirən güclü, firavan respublikanın hazırkı inkişaf istiqamətinin əsasını qoyub.

Dmitri Medvedev qeyd edib ki, Rusiyada ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin davamlı inkişafına Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndirirlər.

Mənbə : AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

İran dövlət televiziyası: İsrailə yeni raket hücumu dalğası başladılıb

Aynur Camal

Prezident İlham Əliyev İran səfirliyində başsağlığı verib

Aynur Camal

Türkiyə Sierra Leonedə ana və uşaq sağlamlığı üçün xəstəxana inşa edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu