14 C
Baku
15 Aprel 2026, 17:11
Baş xəbər

28 ukraynalı uşaq Bakıda reabilitasiya kursu keçirlər

Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə valideyn himayəsindən məhrum olan 28 ukraynalı uşaq Bakıda reabilitasiya kursu keçirlər.

Valideyn himayəsindən məhrum olan 7-17 yaş arası 28 uşaq Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzində ilk olaraq pediatr müayinəsi, ümumi müayinələr də daxil olmaqla, laborator-instrumental müayinələrdən keçiblər.

Hazırda uşaqlar Mərkəzdə psixiatr və psixoloqlarla görüş keçirirlər. Tam müayinələr bitdikdən sonra ukraynalı uşaqlar fizioterapevt və reabilitoloq tərəfindən qəbul olunacaqlar. Fizioterapevtik müalicələrə ehtiyacı olanlar üçün müalicə kursu da təyin olunacaq.

Sanator-Kurort Reabilitasiya Mərkəzində uşaqların istirahəti üçün hər cür şərait yaradılıb. Burada olduqları müddətdə onlara Azərbaycan xalqını və tarixinin əks etdirən yerlərə və mərkəzlərə də ekskursiyalar təşkil olunacaq.

 

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu