Baş xəbər

“Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilib – FOTO

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum təşkil olunub.

Bu barədə məlumatı deputat Ceyhun Məmmədov öz sosial media hesabında paylaşıb.

Forumda mədəniyyətin Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində hər zaman mərkəzi mövqedə dayandığı vurğulanıb. Qeyd olunub ki, Ulu Öndər mədəniyyətimizin bütün sahələrinin inkişafına və ana dilinə xüsusi diqqət göstərib, Konstitusiyada mədəniyyətlə bağlı mühüm müddəalar yer alıb və bu əsaslar üzərində formalaşan qanunvericilik aktları mədəniyyət və hüquq anlayışlarını özündə ehtiva edir.

Paylaşımda bildirilib ki, mədəniyyət xalqa xüsusi kimlik verən, cəmiyyətin daxili bütövlüyünü təmin edən dəyərlər sistemidir, hüquq isə ictimai münasibətləri tənzimləyən mexanizmdir və bu anlayışları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil.

Mədəniyyət və hüquq arasındakı qarşılıqlı əlaqə həm cəmiyyətin inkişafına, həm də dövlətin qüdrətinin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, informasiya texnologiyalarının sürətli inkişafı və qloballaşma prosesləri mədəniyyət və hüquq sahəsində yeni çağırışlar yaradır. Bu baxımdan forumların keçirilməsi, müzakirələrin aparılması və praktik tövsiyələrin hazırlanması milli-mənəvi dəyərlərin qorunması və hüquqi mexanizmlərin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Naxçıvan sahibkarları 10 il müddətinə bir sıra vergilərdən azad ediləcək

Aynur Camal

Naxçıvan Azərbaycanın yeni geosiyasi xəritəsində strateji qovşağa çevrilir

Aynur Camal

Məhəmməd Əsədullazadə: Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi yaxın perspektivdə mümkündür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu