14 C
Baku
22 Noyabr 2024, 3:41
Baş xəbərSiyasət

Heydər Əliyev – “Milli bir Romantik”

Bugun.tv-yə müsahibəsində Ulu Öndər Heydər Əliyev haqqında danışan Bakı Yunus Əmrə İnstitutu müdiri Selçuk Karakılıc onu mədəniyyət insanı kimi portretini çizərək “Milli bir Romantik” adlandırdı.

“Tarix kiçik dedi-qodulardan, böyük mübahisələrdən və sadə tipologiyalardan sıyrılaraq ecazkar işlər görmüş görkəmli memarları yazır. Çox vaxt insanı qiymətləndirərkən hər kəsin gördüyü və ya görmək istədiyi tərəfləri ön plana çəkirik. Əgər sənətkardırsa, daha çox sənətindəki uğurlarından, səsindən, polemikalarından, davalarından danışılır. Siyasətçidirsə, siyasi zəkası, mübarizəsi, qələbəsi və ya məğlubiyyəti, siyasi uğurları da danışdıqca danışılır. Yaxşı, bu əqli  atrofiya deyilmi?

Onun daxili aləmi, arzuları, duyğuları, yaşadığı daxili konfliktlər, qəlbinin dərinliklərində qopan daxili fırtınalar, keçirdiyi hər cür məyusluqlar və onlara necə qalib gəldiyi maraqlı ola bilməzmi? Yaşadığı dövrün şərtlərini nəzərə alsaq, niyə onun “əsəri” və “təsiri” diqqətdən kənarda qalır? İnsanı yalnız peşəsinə və ya məşğuliyyətinə görə dəyərləndirmək olarmı? Parçaları bir yerə yığmadan bütünü necə görə bilərik?

Başqa tərəfdən soruşum: Bir dövlətin qurucu memarı olan böyük ruhu yalnız siyasi həyatı ilə izah etmək olarmı? Bir insanı tanımağın nə qədər çətin olduğunu təsəvvür edə bilərsiniz, üstəlik, insanların zamana və şəraitə görə dəyişən cəhətləri var. Onu da bilirəm ki, biz adi bir insanı belə adekvat şəkildə dərk edə bilməyəndə, onun keçdiyi dəyişiklikləri dərk edə bilməyəndə böyük ruhları başa düşmək çətindir. Böyük ruhların fərqləndirici xüsusiyyətlərini, fərqlilik və ziddiyyətlərini, zamana görə dəyişən cəhətlərini aşkar etmək də çətindir.

Azərbaycan milli mədəniyyətinə xidmət edən böyük şəxsiyyətlərdən biri də, şübhəsiz ki, müasir Azərbaycanın xarizmatik ümummilli lideri, siyasi dühası və zəkası ilə qeyri-adi siyasətçi Heydər Əliyev olmuşdur. Heydər Əliyev üçün Azərbaycanın “mədəni müstəqilliyi” siyasi müstəqilliyi qədər önəmli idi. “Əsrin müqaviləsi”ni imzalayan, Azərbaycanı dünyaya inteqrasiya edən , qeyri-adi siyasi bacarığı ilə Azərbaycanı daxili və xarici münaqişələrdən qoruyan Heydər Əliyev tələyə düşmüş, sıxılmış  ruhların sığındığı müxalifətin marjinal dilinə təslim olmayan bir ziyalı idi. .

Səməd Vurğunun “Azərbaycan” şeirini kövrələrək və səmimiyyətlə oxuyan xarizmatik lider Azərbaycan üçün yaşayıb, Azərbaycanın yaşaması uğrunda canından keçib. Bu, şübhəsiz ki, onun xalqına, ölkəsinə sonsuz məhəbbətindən xəbər verirdi.

Onun heç bir hesablaşma hissinə qapılmadan tez bir zamanda fikir dünyasına keçən intelektual zehni onu Azərbaycan tarixi, sivilizasiya, dil və sənət problemləri haqqında düşünmə mərhələsinə çevirib. Məruz qaldığı problemləri böhrana çevirmədən bunu yeni bir fürsət hesab edərək, üfüqləri əhatə etmək, hamı kiçik düşündüyü bir zamanda böyüklərə can atmaq… Vəsvəsəsiz yaşamaq deyil də nədir ?

Şərtlər üzərində düşünmək, problemləri böhrana çevirmədən, yeni gedişlərlə yeni kanallar açmaq kimi bir vəziyyət…Bu, ruhun böyüklüyünün nəticəsi deyilmi? Çünki sızlamağa, şikayət etməyə vaxt tapa bilmədikləri kimi bu cür insani özəllikləri özlərinə yaraşdırmırlar.

Heydər Əliyevin kim olduğunu soruşduqda, mənim fikrimcə, verə biləcəyim ən yaxşı cavab “Heydər Əliyev Azərbaycan”dır. Çünki onun qayəsi tarixin və bəşəriyyətin məruz qaldığı dərin sarsıntılar qarşısında həll olunmamaq, Azərbaycanın gələcəyinə hər zaman əmin olmaq idi. Azərbaycanın ehtiyac duyduğu yeni tərkiblərə çatan Heydər Əliyev tarixin yenidən qurarkən nə qədər yorulduğunu bilmədən daxili intuisiyası ilə yoluna davam edən avanqard idi .

O, 1969-cu ildə Azərbaycan KPMK-nin birinci katibi seçiləndə məncə, o gün bilirdi ki, həm özünün, həm də Azərbaycanın taleyini dəyişəcək. Böyük ruhlar çətin anlarda, şərait və imkanların əlverişsiz olduğu mühitlərdə özlərinə inanır, daxili dünyalarından aldıqları yüksək dinamizmlə gələcəyi qurmaqdan çəkinmirlər. Onlar təkdirlər, ətraflarında sözdə izdiham var, lakin buna baxmayaraq, onların daxili müxtəlifliyini pozmadan üfüqləri əhatə etmək kimi böyük idealları var.

Burada biz Heydər Əliyevin Azərbaycan sivilizasiyasının yaradıcı dünyası olan Şuşaya sovet imperiyasının ən ağır dövründə, məsələn, 1969-cu ildə sahib çıxdığını görürük. Şəhərin memarı Heydər Əliyevin ziyalı kapitalının nə qədər zəngin və sayılıb-seçilən olduğunu göstərmirmi?

Sovet İmperiyasının qüdrətli idarəçiliyinə baxmayaraq, Şuşanı plan və proqram əsasında qurması və Azərbaycanın mədəniyyət xadimlərinə sahib çıxması onun böyük dünyasının nişanələri deyilsə, onda nədir? İnsanı tanımağın ən asan yolu çətin anlarda göstərdiyi uzaqgörənlik və əzmkarlıqdır. Heydər Əliyev Sovet imperiyasının ən ağır dövrlərində Azərbaycan sivilizasiyasını qoruyan, böyük qayğı və diqqətlə addımlar atan, hər cür bəlalara rəvac verməklə öz ölkəsinin mənafeyini müdafiə edən bir şəxsiyyət idi. Diqqət edin, son zamanlarda çətin anlarda izdihamın səsi deyil, tarixə meydan oxuyan igidlərin saleh və uca səsi eşidilir. Heydər Əliyev tarixin və taleyin ən çətin dövrlərində Azərbaycan sivilizasiyasının səsinə çevrilmiş milli romantik idi.

Molla Pənah Vaqif abidəsinin, Üzeyir Hacıbəylinin və Bülbülün ev muzeylərinin  açılması, Şuşa qalası daxilindəki ərazinin 1977-ci ildə tarixi məkan kimi qorunub saxlanması onun tarixə baxışının ən mühüm göstəriciləridir. Üstəlik, anadan olmasının 100-cü ildönümündə, yəni 1982-ci ildə Hüseyn Cavidin cənazəsinin uzaq Sibirdən gətirilərək doğma Naxçıvana aparılması fövqəladə bir həmlə və Sovet Rusiya imperiyasına tarixi cavabdır.

İbrahim Xəlil xanın baş vəziri olmuş və dövlət işlərində fəal rol oynamış Molla Pənah Vaqif riyaziyyat, astronomiya, memarlıqla yanaşı, şeir və musiqi ilə də maraqlanırdı. Vaqif şərq şeirlərini mənimsəmişdi və onun şeirləri qaranlıq mistik simvollardan uzaq idi. Lirik şair pedaqoji bacarığı sayəsində şəhər əhalisinin hörmətini qazandığından İbrahim Xəlil xan xanlığın xarici siyasətini ona tapşırır. Tarixi Şuşanın salınmasında fəal iştirak edən Vaqifin Azərbaycan və Şuşanın tarixi baxımından əhəmiyyətini dərk edən Heydər Əliyevin 1982-ci ildə məqbərə tikdirməsi, şübhəsiz ki, iki böyük ruhun və iki böyük qurucunun birləşməsi ilə bağlıdır. .

Şuşaya beş dəfə səfər etmişəm, ilk səfərimdə ən çox Molla Pənah Vaqifin abidəsini görəndə təsirlənmişdim . Dəhşətli erməni vandalizmi və dəhşətli sivilizasiyanın nümayəndələri Molla Pənah Vaqifin abidəsini dağıtması ürəyimi parçaladı. Şuşaya ikinci səfərimdə gördüyüm mənzərə mənə qeyri-adi təsir bağışladı. Gördüyüm mənzərə belə idi: 1982-də Molla Pənah Vaqifin abidəsini böyük həyəcanla açan ümumilli romantik lider Heydər Əliyevin gülən üzü, işğaldan sonra dağıdılmış məzlum Molla Pənah Vaqifin abidəsi və azad edilmiş , hür Şuşada Möhtərəm Prezidentimiz İlham Əliyevin yenidən tikdirdiyi Molla Pənah Vaqifin abidəsi… Bu üç fotoşəkili eyni kadrda görəndə dizlərim yükümü daşıya bilmədi və orada çöməlmişdim.

Heydər Əliyev , Üzeyir Hacıbəyli və Bülbül ev muzeyləri tikdirməsi diqqətə layiqdir, çünki bu, onun tarixi perspektivinin və gələcəyə baxışının ən konkret göstəricisidir” .

“Xalqların böhranlı dövrlərində tarixi, siyasi və ictimai böhranların təxribatı ilə doğulan və millətlərin dil, mədəniyyət, incəsənət və ədəbiyyatda özünə gəlməyə, bir xalqın tarixdə və coğrafiyada ərsəyə gətirdiyi böyük əsərlərin fərqində olmasını” təmin edən böyük ruhlar əslində milli romantiklərdir. Məncə, Heydər Əliyev həm də “milli romantik” lider idi. O, Azərbaycanın siyasi müstəqilliyini əldə edərək daxili əmin-amanlığı bərqərar etdiyi kimi Azərbaycan sivilizasiyasının, dilinin və tarixinin müstəqilliyinə önəm verən, Azərbaycan sivilizasiyasının çox çətin dövrlərdə yaratdığı əsərlərin fərqində olmasını təmin etmiş milli romantik idi.

“ Küçələr su səpmişəm ” mahnısını oxuyarkən keçirdiyi vəcd halı, daxili konflikt və intellektual böhran onun Azərbaycanı necə sevdiyinin əyani sübutudur..

Heydər Əliyev incəsənətin, ədəbiyyatın, sivilizasiyanın yüksək təsir imkanlarından xəbərdar idi və Azərbaycan sivilizasiyasının, tarixinin, dilinin qorunub saxlanması və yaşadılması üçün yüksək səylər göstərmişdir. Azərbaycan sənətkarlarına yüksək dəstək verən, onları əsərlər yaratmağa həvəsləndirən, dünyanı dəyişənlərə yaşayanlar qədər qayğı göstərən Heydər Əliyev Azərbaycanın milli romantiklərindən idi.

Heydər Əliyev 1960-cı illərdən Azərbaycan tarixi ilə məşğul olduğu bəllidir, bəs onu mədəniyyət tarixinə yönləndirən nə olub? Fikrimcə,  Azərbaycanın tarixi və mədəniyyəti ilə maraqlanmağa vadar edən ən mühüm məsələ Azərbaycan sivilizasiyasının hər halda yaşamasını milli təhlükəsizlik məsələsi hesab etmək və milli mədəniyyətin müstəqilliyinə önəm vermək idi.

Heydər Əliyev böyük mədəniyyət adamı, milli romantik və hörmətli dövlət xadimi idi. Anadan olmasının 100 illiyində onu rəhmətlə yad edirəm”.

Aynur Camal

Oxşar xəbərlər

Ölkə tarixində bir ilk! Yapon agenti Belarusda tutuldu: Məqsədi məlum oldu

Aynur Camal

Ərizədən qaçan sürücü piyadaları vurdu

Bugün TV

Ağır silahlarla qəbilə qarşıdurması: Ölənlərin sayı günü-gündən artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu