27 C
Baku
23 Sentyabr 2026, 17:08
Baş xəbərİdman

Universal döyüşçülərimiz Avropa çempionatından vətənə uğurla döndülər – FOTO

Bugun.tv xəbər verir ki, Ruminiyanın Polovraqi şəhərində Universal Döyüş üzrə Avropa Çempionati baş tutub.

Azərbaycan yığma komandası Federasiyanın prezidenti Azər Həsənovun rəhbərliyi altında, məşqçi, hakim və 15 idmançı heyəti ilə həmin mötəbər yarışda iştirak ediblər.

İdmançılarımız Vətənə uğurla qayıtdılar.

Müvafiq yaş qrupları üzrə nəticələrimiz bunlardır:

●10-12 yaş qrupu üzrə:

Həsənli Ömər – I yer

Aslanlı Zakir- I yer

Məmmədov Raul – II yer

●14-15 yaş qrupu üzrə :

Həsənli Tural – I yer

Əhmədli Atilla – III yer

●16-17yaş qrupu üzrə:

Seyidov Adəm – I yer

Orucov Həmid – I yer

 ●17-18 yaş qrupu üzrə

Abdullazadə Abbas – I yer

●Kişilər arası qrupda

Əliyev Ağa -III yer

Hüseynov Mehman – I yer

İnanırıq ki, idmançılarımız sentyabr ayının 25-30-u tarixlərində keciriləcək Dünya Çempionatında da uğurla iştirak edərək, yüksək nəticələrlə ölkəmizi təmsil edəcəklər.

Aynur Camal

Oxşar xəbərlər

Əsədullazadə: İrana qarşı yeni hücumlar nüvə silahı əldə etmək cəhdini sürətləndirə bilər

Aynur Camal

Ceki Çanla eyni filmdə çəkilən azərbaycanlı dünya çempionu kimdir?

Aynur Camal

Vüqar Bayramov: Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu