10 C
Baku
24 Aprel 2026, 10:11
Baş xəbərDigər

HHM bölmələrinin peşəkarlığı artırılır

Bugun.tv xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı məşğələləri keçirilib.

Şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən təlimdə döyüş atışları icra olunub.

Şərti düşmənin hava hədəflərinin aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.

Azərbaycan Ordusunun müxtəlif qoşun növlərində hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə keçirilən təlimlər davam edir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Çin Ayda iki yeni mineral kəşf etdi

Aynur Camal

Darıxmaq insan üçün faydalı ola bilər

Aynur Camal

Sony robotu stolüstü tennisdə peşəkar idmançıları məğlub etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu