12 C
Baku
14 Mart 2025, 19:29
Mədəniyyət

“Hikmətin və müdrikliyin təcəssümü” kitabının təqdimatı keçirilib

Bugun.tv xəbər verir ki, tanınmış həkim-ginekoloq, yazar Firəngiz Rüstəmovanın növbəti kitabının təqdimat mərasimi keçirilib. “Hikmətin və müdrikliyin təcəssümü” artıq oxuculara təqdim olunub.

Yeni nəşrdə quşların təbiətdə və insanların həyatında oynadığı önəmli rola nəzər yetirilib. Bu haqda Bugun.tv-yə danışan müəllif qədim mədəniyyətlərdə, mifologiyada, ilkin ibtidai təsəvvürlərdə quşlara aşılanan qutsallıq, müqəddəslik və ya əksinə, mənfi keyfiyyətləri yazdığı kitabda konkret misallarla tədqiq edib.

F.Rüstəmovanın sözlərinə görə, folklorda – nağıllarda, eposlarda, tapmacalarda, atalar sözlərində rast gəlinən bütün quş obrazları dərindən öyrənilib. “Hikmətin və müdrükliyin təcəssümü” kitabında bu heyvanların təbiətdə və insanların həyatında oynadığı önəmli rola da nəzər yetirilib. Onlar haqqında insanlara, sınamalara, mərasimlərə toxunulub.

Tədbirdə iştirak edən qonaqlar Firəngiz Rüstəmovanın yaradıcılığından söz açıblar, yazdığı kitablarda maarifləndirici məqamlara toxunmasını təqdir ediblər. Müəllifə yaradıcılığında uğurlar diləyiblər.

Qeyd edək ki, “Hikmətin və müdrikliyin təcəssümü” müəllifin sayca 9-cu kitabıdır. O bundan öncə  “Hor sivilizasiyası va onun günümüzdə izləri” (2018), “Tanrılar yurdu vətənim Azərbaycan və düşün- cələrim” (2018), “Qadın xəstəliklərinin müalicəsində dərman bitkilərinin rolu” (2019), “Ginekoloqun gündəliyindən” (2019), “Al Madan Al Anaya” (2019), Hannoverda çap edilmiş “Экология и болезни” (ганновер 2019) adlı broşurun, “Folk va yaxalq təbaba- (i” (2020), “Tebabat va mifologiya görünən və görünməyən əlaqələr” (2020) kimi kitabların müəllifidir. Azərbaycan Jazıçılar Birliyinin üzvüdür.

 

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan incəsənətinə ağır itki üz verdi

Nigar Məmmədova

Sabah Xurşidbanu Natəvanın 190 illik yubileyi Şuşada qeyd ediləcək

Aynur Camal

Türkdilli dövlətlərin jurnalistləri qardaş ölkəyə səfər ediblər – FOTO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu