16.6 C
Baku
18 May 2025, 5:03
Dünya

Hindistan “Buddanın ləl-cəvahiratları”nın hərracını dayandırmaq istəyir

Hindistan Mədəniyyət Nazirliyi Honq-Konqda “Buddanın Piprahva zinət əşyaları, Aşokan dövrü” hərracının keçirilməsi ilə bağlı bildiriş vermişdi.

Bəyanatda qeyd olunub ki, Piprahva qalıqları “müqəddəs” sayılır və onların hərraca çıxarılmasının qarşısını almaq üçün çevik tədbirlər görülüb.

Açıqlamada cəvahiratların 1898-ci ildə Hindistanın şimalında torpaq sahibi olan İngilis arxeoloqu William Claxton Peppe tərəfindən qazıntı zamanı ortaya çıxarıldığı, qalıqlar arasında sümük parçaları, sabundaşı və büllur tabutlar, qumdaşı tabutlar, qızıl zinət əşyaları və qiymətli daşlar kimi parçaların olduğu bildirilib.

“Buddanın doğulduğu qədim Kapilavastu şəhərindəki Piprahva stupasından qazılan bu qalıqlar tarixi və dini əhəmiyyətə malikdir”, – deyə məlumatda bildirilir.

“Buddist icmasının ayrılmaz irsi”

Bəyannamədə qalıqların “Buddist icmasının ayrılmaz dini və mədəni irsini təşkil etdiyi” iddia edilir və hərracın dayandırılması tələb olunur.

Açıqlamada bildirilir ki, hərrac qeyri-etik olub və “Hindistan qanunlarını və Birləşmiş Millətlər Təşkilatının (BMT) konvensiyalarını pozub”.

Hərracın Hindistan cəmiyyətində reaksiyaya səbəb olduğuna diqqət çəkən açıqlamada zinət əşyalarının qorunma və dini hörmət üçün Hindistana qaytarılması tələb edilib.

Hüquqi tədbirlər barədə xəbərdarlıq

Bəyanatda bu tələbin yerinə yetirilmədiyi təqdirdə Hindistan da daxil olmaqla beynəlxalq məhkəmələrdə “mədəni irs qanunlarını pozduğuna görə” hüquqi tədbirlər görüləcəyi bildirilib.

Bildirilib ki, hüquqi xəbərdarlıq mövcud qalıqları satışa çıxaran “Sotheby’s Hong Kong”a və Peppenin varislərindən biri olan Chris Peppeyə çatdırılıb.

Mayın 7-də Honq-Konqda keçirilməsi planlaşdırılan hərracda zinət əşyalarının təxminən 9,7 milyon funta satılacağı iddia edilmişdi.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ayı hücumu altında geyimli dələduz tapıldı!

Aynur Camal

Elon Musk, ABŞ-ın Ukraynaya yardımının “dəli” həcmini tənqid etdi

Kəmalə Sultan

Pezeşkiyan türkcə şeir oxuyarkən bir məmur tərəfindən xəbərdarlıq edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu