25 C
Baku
27 Sentyabr 2023, 15:43
Baş xəbərHadisə

Qatar qəzası baş verdi: Azı 50 nəfər öldü – FOTO

Bugun.tv xəbər verir ki, Hindistanın Blasore şəhərində sərnişin qatarı relsdən çıxıb, azı 50 nəfər ölüb, 300-ü yaralanıb.

Hindustan Times-ın məlumatına görə, ştatın Balasore bölgəsində Coromandel Express şirkətinə məxsus sərnişin qatarı ilə yük qatarı toqquşub. Hadisə Bahanağa Bazar qatar stansiyası yaxınlığında baş verib.

Qəzada yaralananlardan 179-nun xəstəxanaya yerləşdirildiyi bildirilir. Qatarda qalan 600-dən çox sərnişinin təxliyəsi üçün işlərin davam etdiyini bildirib.

Şalimar Dəmiryol Stansiyasından yola düşən qatarın Çennai Mərkəzi Dəmiryol Stansiyasına doğru hərəkət etdiyi qeyd edilib. Bölgəyə 50-dən çox təcili yardım maşını göndərilib.

Mənbə: Hindustan Times

Şərh yazın

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu