Dünya

Hizbullah İsrail döyüş təyyarəsini raketlə hədəfə aldığını açıqlayıb

Hizbullah Hərəkatı Livanın hava məkanını pozan İsrail döyüş təyyarəsinə yer-hava raketi atıldığını və təyyarənin geri qayıtmaq məcburiyyətində qaldığını bildirib. Hizbullah İsrail təyyarəsinə hücumla bağlı açıqlama verib.

Açıqlamada “gecə yarısı Livanın hava məkanını pozan düşmən İsrail döyüş təyyarəsinə yer-hava raketi atıldığı” bildirilib.

Qeyd edilib ki, təyyarə öz missiyasını yerinə yetirmədən geri qayıtmalı olub.

Hizbullah oxşar bəyanatla bir döyüş təyyarəsinin eyni tipli raketlə hədəf alındığını iyunun 6 açıqlamışdı.

Hizbullah başqa bir açıqlamada İsrail ordusunun Livanın şərqində həyata keçirdiyi hava hücumunda 2 üzvünün öldürüldüyünü açıqlayıb.

Açıqlamada Bilal Ələddin və Abbas Muhammed Nasir adlı Hizbullah üzvlərinin həyatını itirdiyi qeyd edilib.

Mənbə: TrtHaber

İntizar Əmirova

Oxşar xəbərlər

Separatçı terror təşkilatı üzvü olan 3 terrorçu yaxalandı

Bugün TV

Eurovision təmsilçisi səhnədə yıxıldı.

Şükufə Ramizqızı

Kraliça Elizabet və Şahzadə Filipin toy tortunun bir dilimi 2200 funta satıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu