25 C
Baku
27 İyul 2024, 7:34
Dünya

Hizbullah İsrailin şimalındakı hərbi bazaya onlarla “Katyuşa” raketi atıb

Bugun.tv xəbər verir ki, Hizbullah Hərəkatı Livanın cənubundan İsrailin Yuxarı Cəlildəki hərbi bazasına onlarla Katyuşa raketi ilə hücum edildiyini açıqlayıb.
İsrail qüvvələrinin Livanın cənubuna qarşı həyata keçirdiyi hücumlara cavab olaraq İsrailin Yuxarı Cəlildəki Əl Zaur hərbi bazasının onlarla Katyuşa raketi ilə vurulduğu bildirilib.
İsrail ordusu Hizbullahın hücumu ilə bağlı açıqlama verib. Açıqlamada Livandan İsrailin şimalına atılan 40 raketin bir hissəsinin dəmir günbəz sistemi ilə vurulduğu, qalanlarının isə boş yerə düşdüyü qeyd edilib.
Açıqlamada Hizbullahın hücumunda can itkisinin olmadığı da bildirilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Kaliforniyada güclü yağış sel və daşqınlara səbəb oldu

Nigar Məmmədova

Yeniyetmənin üstünə ulduzlu papağa görə hücum edənlərdən biri saxlanıldı

Bugün TV

TÜRKPA Missiyası Türkiyədə seçki məntəqələrində

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu