Dünya

Hizbullah İsrailin şimalındakı hərbi bazaya onlarla “Katyuşa” raketi atıb

Bugun.tv xəbər verir ki, Hizbullah Hərəkatı Livanın cənubundan İsrailin Yuxarı Cəlildəki hərbi bazasına onlarla Katyuşa raketi ilə hücum edildiyini açıqlayıb.
İsrail qüvvələrinin Livanın cənubuna qarşı həyata keçirdiyi hücumlara cavab olaraq İsrailin Yuxarı Cəlildəki Əl Zaur hərbi bazasının onlarla Katyuşa raketi ilə vurulduğu bildirilib.
İsrail ordusu Hizbullahın hücumu ilə bağlı açıqlama verib. Açıqlamada Livandan İsrailin şimalına atılan 40 raketin bir hissəsinin dəmir günbəz sistemi ilə vurulduğu, qalanlarının isə boş yerə düşdüyü qeyd edilib.
Açıqlamada Hizbullahın hücumunda can itkisinin olmadığı da bildirilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Çəki artımını qismən ləngidən süd məhsulunun adı açıqlandı

Aynur Camal

Rusiya Avropa şirkətlərinin aktivlərinə nəzarəti genişləndirir

Aynur Camal

BMT nümayəndəsi Yəməndə gərginliyi azaltmaq üçün husilərlə görüşüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu