25 C
Baku
27 İyul 2024, 4:34
Dünya

Hizbullahdan İsrailə raket hücumu! Bir çox yerdə yanğın baş verib

Livandakı Hizbullah tərəfindən İsrailin şimalındakı bölgələrə onlarla raket atılıb. Hücumdan sonra raketlər İsraildə yanğınlara səbəb olub. Yaşayış məntəqələrinə yaxınlaşan alovlar saatlarla nəzarət altına alına bilməsə də, İsrail yanğınsöndürmə briqadası yanğına havadan və qurudan müdaxilə etməyə davam edir. Yanğından zərər çəkən ərazidə bəzi evlər təxliyə edilir.

İsrail mərkəzli “Ynet” xəbər saytındakı xəbərdə ölkənin şimalındakı Yuxarı Cəlil bölgəsində dağ silsiləsində baş verən yanğına 14 komandanın 5 saatdır müdaxilə etdiyi bildirilib.

Xəbərdə İsrailin “Marqaliot” qəsəbəsində evlərə yaxınlaşan yanğının nəzarət altına alındığı, yanğın səbəbilə ərazidəki bəzi evlərin boşaldıldığı bildirilib.

“Ynet” xəbər saytındakı başqa bir xəbərdə yanğının dünən Livanda Hizbullah tərəfindən atılan bir sıra raketlərdən sonra baş verdiyi qeyd edilib. Xəbərdə yanğınlara 6 yanğınsöndürən təyyarə ilə müdaxilə edildiyi vurğulanıb və Hizbullahın atdığı yeni raketlər səbəbindən yanğınların təkrarlandığı diqqətə çatdırılıb.

Hizbullah Hərəkatı Livanın cənubundan İsraillə sərhəddə yerləşən qeyri-qanuni yəhudi yaşayış məntəqəsinə Katyuşa və İran istehsalı raketlərlə hücum etdiyini açıqlayıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Fransa baş nazirinin iqamətgahına boyalı hücum olub

Aynur Əfəndi Zadə

Zelenskidən Rusiyaya xəbərdarlıq: “Dnepropetrovska hücumu cavabsız qoymayacağıq”

Aynur Camal

Bayden də İsrailin Rəfah hücumlarına tab gətirə bilmədi!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu