İngiltərə, konserv qida ehtiyatı, kiberhücum, ekstremal hava, ərzaq təhlükəsizliyi, Rusiyadan təhlükə, fövqəladə hazırlıq, quraqlıq
Dünya

Hökumət əhaliyə fövqəladə hallar üçün konserv və su ehtiyatı saxlamağı tövsiyə edir

İngiltərə hökuməti ekstremal hava şəraiti və mümkün kiberhücumlara hazırlıq məqsədilə əhaliyə evlərdə konservləşdirilmiş qida və içməli su ehtiyatı saxlamağı tövsiyə etməyə hazırlaşır.

Financial Times-ın məlumatına görə, hökumət sosial şəbəkələr üzərindən xüsusi maarifləndirmə kampaniyası keçirməyi planlaşdırır. Kampaniyada insanlara güclü istilər, digər ekstremal hava hadisələri və ölkəyə qarşı mümkün kiberhücumlar zamanı necə davranmalı olduqları barədə praktiki tövsiyələr veriləcək.

Hökumətin bu istiqamətdə fəaliyyətini sürətləndirməsinə Rusiyadan gələn təhlükələr, həmçinin bu yay İngiltərədə müşahidə olunan isti hava dalğaları təsir göstərib.

Məlumata görə, hökumət ölkənin xarici təhdidlərə qarşı müdafiəsini əhatə edən xüsusi “müharibə kitabçası” üzərində də işi sürətləndirir. Bundan başqa, ölkənin milli risk siyahısı yenilənərək demokratik proseslərə müdaxilə ehtimalı da siyahıya daxil edilib.

Rəsmilər bildirirlər ki, əhaliyə veriləcək tövsiyələr panika yaratmaq məqsədi daşımır. Evdə müəyyən miqdarda su və konservləşdirilmiş qida saxlamaq kimi sadə tədbirlərin böhran vəziyyətlərində cəmiyyətin dayanıqlığını artıracağı düşünülür.

Mütəxəssislər isə uzunmüddətli istilər və quraqlığın İngiltərədə kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə əlavə təzyiq yarada biləcəyi barədə xəbərdarlıq edirlər.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Bu tarakan bir gün həyatınızı xilas edə bilər

Aynur Camal

İran ABŞ-ın “iqtisadi terrorizmi” ilə bağlı BMT Təhlükəsizlik Şurasına məktub göndərib

Aynur Camal

BMT: Atəşkəsdən 10 aydan çox vaxt keçsə də, Qəzzadakı vəziyyət qəbuledilməzdir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu