Bugun.tv xəbər verir ki, ilin birinci rübündən sonra Hollandiya iqtisadiyyatı ikinci rübdə daralıb və tənəzzülə uğrayıb.
Məlumatlara görə, birinci rübdə əvvəlki rüblə müqayisədə yüzdə 0,4 daralan Hollandiya iqtisadiyyatı ikinci rübdə yüzdə 0,3 daralıb.
İstehlak xərclərinin və ixracatın azalması səbəbindən Hollandiya COVID-19 epidemiyasının başlanğıcından bəri ilk dəfə tənəzzülə girib.
Ölkədə ərzaq və enerji qiymətlərinin artması inflyasiyanın sürətlə artmasına və iqtisadi fəallığın ləngiməsinə səbəb olub.