15.7 C
Baku
17 May 2025, 0:43
Baş xəbərDünya

Hollandiyada ictimaiyyətə çağırış: Elektrik enerjisindən istifadəni azaldın

Hollandiyanın İqlim və Yaşıl İnkişaf Nazirliyi ölkə daxilində elektrik şəbəkəsinə təzyiqi azaltmaq üçün saat 16:00-dan 21:00-a qədər elektrik enerjisindən istifadəni mümkün qədər azaltmağa çağırıb.

Açıqlamada bu saatların “pik saatlar” olaraq təyin edildiyi və insanların çoxunun evə qayıtdığı bu dövrdə elektrik istehlakının ən yüksək həddə çatdığı qeyd edilib.

Açıqlamada vətəndaşların paltaryuyan və ya qabyuyan maşınlarını müxtəlif saatlarda işlətməklə və ya elektriklə işləyən nəqliyyat vasitələrinin doldurulmasını təxirə salmaqla şəbəkənin yükünü yüngülləşdirə biləcəkləri, şəbəkə operatorlarının infrastrukturun genişləndirilməsi istiqamətində işlərinə davam etdikləri, lakin bu prosesin vaxt aparacağı vurğulanıb.

Açıqlamada elektrik istehlakının azaldılması kampaniyasının 18-59 yaş arası bütün Hollandiyalıları hədəf alması və iyunun 22-dək davam edəcəyi qeyd edilib.

Hollandiya hökumətinin İspaniya və Portuqaliyada geniş yayılmış elektrik kəsilməsindən asılı olmayaraq, elektrik xətlərinə təzyiqi azaltmaq çağırışı etdiyi düşünülür.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Bakıda DƏHŞƏTLİ HADİSƏ: Tələbələr həlak oldu

Aynur Camal

Sosial mediada “ədəbsiz paylaşım”a görə 2 həbs edildi

Aynur Camal

Diqqət “Sextortion” xəbərdarlığı!

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu