Amerika dəhşətli yanğınla üz-üzədir…
Ölkənin qərbində Los-Ancelesdə başlayan meşə yanğını qısa müddətdə böyüyüb və bir çox ev yanaraq kül olub. Erkən təxliyə nəticəsində insan tələfatının qarşısı alınıb.
ABŞ-ın Kaliforniya ştatı başlayan və sürətlə yüksələn alovla mübarizə aparır. Meşəlik ərazidə başlayan yanğın Los-Ancelesin Hollivud rayonunda davam edir.
Külək nəticəsində alov bir saat ərzində altı dəfə böyüyüb.
Yüzlərlə hektar torpaq külə dönüb.
Bir çox nöqtələrdə görmə qabiliyyəti azaldı və nəfəs almaq çətinləşdi. Tezliklə alov yaşayış məntəqələrini təhlükə altına alıb.
Qubernator Gavin Newsom minlərlə insana təhlükəsiz ərazilərə getmələri barədə xəbərdarlıq edib.
Amerikalı Hollivud ulduzu Ceyms Vuds da yanğın zonasındakı evindən görüntülər paylaşıb.
“Mən evimin qarşısında evakuasiya etməyə hazır vəziyyətdə dayanmışam. Çoxlu təyyarələr oradan keçir və yanğını söndürmək üçün su tökür”, – Vuds deyib.
Woods sosial media hesabında evinin ətrafındakı alovların görüntülərini yayımlayıb.
Alov Santa Moniva və Malibu əraziləri arasında sürətlə hərəkət edib. Evlərlə yanaşı, bir çox avtomobil də kül olub.
Bildirilir ki, Los-Ancelesin məşhur Hollivud simvolu da yanğın zonasındadır.
Minlərlə insan təxliyə edilsə də, bölgədə sahilyanı əraziyə gedən yalnız bir avtomobil yolu olduğundan təxliyə zamanı uzun növbələr yaranıb.
Yanğınsöndürmə qrupları alovun daha da böyüməsinin qarşısını almaq üçün zamanla yarışır.
Yanğınsöndürmə səylərinə havadan da dəstək verilir.
Los-Anceles meri Karen Boss da rəsmilərə elektrik enerjisinin kəsilməsinə hazır olmaları barədə xəbərdarlıq edib.
Mənbə: EnSonHaber