Hörmüz boğazı, dünya enerji böhranı, Beynəlxalq Enerji Agentliyi, neft tədarükü, qaz bazarı, enerji təhlükəsizliyi, Yaxın Şərq münaqişəsi, qlobal enerji bazarı
Dünya

Hörmüz boğazındakı böhran dünya enerji bazarlarına ciddi zərbə vurdu

Beynəlxalq Enerji Agentliyi (IEA) xəbərdarlıq edib ki, Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazından neft-qaz daşımalarında yaranan fasilələr dünya tarixində ən böyük enerji təchizatı böhranına səbəb olub.

Bugun.tv xəbər verir ki, bu barədə agentliyin 19 noyabr 2026-cı ildə dərc etdiyi “World Energy Outlook 2026” hesabatında bildirilir.

Hesabata əsasən, 2026-cı il ərzində Fars körfəzi istiqamətindən dünya bazarlarına neft tədarükündə yaranan ümumi itki 2,8 milyard barelə, təbii qaz tədarükündəki azalma isə 60 milyard kubmetrə çatıb. Agentlik qeyd edir ki, böhranın təsirləri artıq dünyanın müxtəlif bölgələrində hiss olunur və enerji daşıyıcılarının bahalaşması yükü getdikcə daha çox istehlakçıların üzərinə düşür.

Böhrandan xüsusilə enerji idxalından asılı ölkələr zərər görür. Agentliyin məlumatına görə, dünya əhalisinin təxminən dörddə üçü neft və qaz idxal edən ölkələrdə yaşayır. Bundan başqa, 4 milyarddan çox insan Hörmüz boğazından neft tədarükünün ümumi idxalda mühüm paya malik olduğu ölkələrdə yaşayır.

Alternativ marşrutlar və enerji təhlükəsizliyi

IEA hesab edir ki, böhran uzun müddət davam edərsə, ölkələr enerji mənbələrini və daşınma marşrutlarını şaxələndirməyə daha çox diqqət ayıracaqlar. Hesabatda Hörmüz boğazından asılılığı azaltmaq üçün yeni boru kəmərlərinin, alternativ təchizat yollarının və daxili enerji mənbələrinin inkişafının əhəmiyyəti vurğulanır.

Agentliyin icraçı direktoru Fatih Birol bildirib ki, böhran nə qədər uzun sürərsə, onun dünya enerji sisteminə təsiri bir o qədər dərin olacaq. Onun sözlərinə görə, mövcud vəziyyət enerji təhlükəsizliyi və qiymətlərin əlçatanlığını hökumətlərin əsas prioritetlərindən birinə çevirir.

Mənbə:  WorldNews

Aynur Camal

Oxşar xəbərlər

Araşdırma: İşçilər artıq yüksək maaşdan daha çox iş-həyat balansına üstünlük verirlər

Aynur Camal

Kiçik bir köçəri quş Sibirdən İngiltərəyə 11 min kilometrlik səyahətini başa vurdu

Aynur Camal

İqlim dəyişikliyi üzrə beynəlxalq hesabatın gecikdirilməsi qlobal səylərə təhlükə yarada bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu