Dünya

Hörmüz boğazından keçən yük gəmilərinin sayı kəskin azaldı

Bugun.tv xəbər verir ki, Hörmüz boğazından çərşənbə axşamı cəmi dörd əmtəə daşıyan gəmi keçib. Bu göstərici əvvəlki gün qeydə alınan 10 gəmidən xeyli aşağıdır.

Reuters-in Kpler gəmi izləmə məlumatlarına istinadən yaydığı xəbərə görə, son 10 gün ərzində boğazdan gündə orta hesabla 13 əmtəə gəmisi keçib. Yeni göstərici isə dəniz nəqliyyatında ciddi azalma olduğunu göstərir.

Keçid edən dörd gəmi arasında çox böyük xam neft tankeri, Panamax tipli tanker, Kamsarmax yük gəmisi və orta ölçülü tanker olub. Onlardan biri boğaza daxil olub, üçü isə boğazdan çıxıb.

Reuters qeyd edir ki, rəqəmlər sonradan dəyişə bilər. Bunun səbəbi bəzi gəmilərin səfər zamanı transponderlərini söndürməsidir.

Hörmüz boğazı qlobal enerji bazarı üçün strateji əhəmiyyət daşıyır. Münaqişədən əvvəl dünya neft istehlakının təxminən beşdə biri bu marşrutdan keçirdi.

Məlumatlar ABŞ və İran arasında yeni hərbi qarşıdurmanın dəniz nəqliyyatına və enerji təchizatına yaratdığı təzyiqi də göstərir.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Rusiyanın Kiyevə hava hücumu nəticəsində 2 nəfər öldü, 10 nəfər yaralandı

Aynur Camal

Avstraliya texnologiya şirkətlərini böyük cərimələrlə hədələdi

Aynur Camal

Tramp Kanadaya ultimatum verdi: Bombardier təyyarələrinin ABŞ-da satışı dayandırıla bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu