13 C
Baku
11 Aprel 2026, 11:04
Digər

Hörmüz boğazından keçid ödənişli oldu: İran kripto ilə ödənişi də qəbul edir

İran ABŞ ilə əldə olunan müvəqqəti atəşkəsdən sonra Hörmüz boğazında gəmi hərəkətinə qismən icazə verib.

Məlumata əsasən, iki həftəlik atəşkəs çərçivəsində boğazdan keçən gəmilərdən ödəniş alınacaq. İran rəsmiləri bildiriblər ki, hər bir neft tankerindən daşınan yükə görə barel başına 1 dollar rüsum tətbiq olunacaq.

İranın Neft, Qaz və Neft-Kimya Məhsulları İxracatçıları Birliyinin sözçüsü Hamid Hüseyni qeyd edib ki, hər bir gəmi keçiddən əvvəl yük məlumatlarını təqdim etməlidir və prosedurlar müəyyən vaxt aparacaq.

Bununla yanaşı, rəsmi Tehran ödənişlərin yalnız ənənəvi valyutalarla deyil, həm də Bitcoin daxil olmaqla kriptovalyutalar vasitəsilə həyata keçirilə biləcəyini açıqlayıb.

Qeyd edək ki, atəşkəsdən sonra boğazdan ilk olaraq Liberiya və Yunanıstan bayraqlı iki gəmi keçib. Boş tanker gəmilərinin isə sərbəst şəkildə hərəkət edə biləcəyi bildirilib.

İran tərəfi bu addımın əsas məqsədinin bölgədə təhlükəsizliyi təmin etmək və silah daşınmasının qarşısını almaq olduğunu vurğulayıb.

Mənbə: TGRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Pakistan Umman dənizində “fövqəladə vəziyyət” elan edən gəmidən 18 dənizçini xilas etdi

Aynur Camal

Həqiqi pendiri saxtadan ayırmağın 5 sadə yolu açıqlanıb

Aynur Camal

Dmitri Medvedev yeni məktəb dərsliklərinin baş redaktoru oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu