Digər

Bloomberg: İran müharibəsi ABŞ-ın qlobal mövqeyini zəiflətdi

Bloomberg nəşrinin təhlilində Donald Trump dövründə İrana qarşı aparılan hərbi kampaniyanın ABŞ-ın beynəlxalq mövqeyinə mənfi təsir göstərdiyi bildirilib.

Analizdə qeyd olunur ki, Vaşinqtonun Tehrana qarşı sərt siyasəti və sonradan əldə olunan kövrək atəşkəs razılaşması beynəlxalq ictimaiyyətdə ABŞ-ın strateji baxımdan zəiflədiyi barədə fikirlərin formalaşmasına səbəb olub.

Diplomatik mənbələrə görə, bu vəziyyət Çin və Rusiya kimi rəqib güclərin mövqeyini gücləndirib, eyni zamanda ABŞ-ın nüfuzuna zərbə vurub.

Təhlildə vurğulanır ki, ABŞ-ın hərbi üstünlüyünə baxmayaraq, İranı geri çəkilməyə məcbur edə bilməməsi Vaşinqtonun zəif göründüyü imicini daha da gücləndirib.

Eyni zamanda, Tramp administrasiyasının NATO müttəfiqlərinə yönəlmiş sərt açıqlamaları və alyansdan çıxmaqla bağlı siqnallar Qərb blokunda da narahatlıq yaradıb.

Ekspertlər hesab edir ki, ABŞ-ın “qələbə” bəyanatları fonunda hərbi itkilərin olması və gərginliyin artması Vaşinqtonun diplomatik manevr imkanlarını məhdudlaşdırıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu