Dünya

Hücumlar 200 gündür ki, davam edir

 200 gündür Qəzza zolağına qarşı bombardmanlarını davam etdirən İsrail qurudan şimaldakı Beyt Hanun qəsəbəsinə girərək hücumlarını artırıb.

İsrail artilleriya bölmələri gecə saatlarından Qəzza zolağının şimalında Beyt Hanun, Beyt Lahya və Cibaliyanın şərq hissəsini şiddətli bombardman edib.

İsrail ordusunun ağır bombardmanları səbəbindən Qəzzanın şimal bölgələrindən Cibalya Qaçqınlar Düşərgəsinə yeni köç dalğası yaşanıb.

Şahidlərin sözlərinə görə, İsrail artilleriya bölmələri Beyt Lahya şəhərinin Şayma küçəsinə, eləcə də Beyt Hanun qəsəbəsində köçkün fələstinlilərin sığındığı mərkəzə yaxın ərazilərdə intensiv hücumlarını davam etdirir.

Yerli mənbələrdən alınan məlumata görə, İsrail ordusunun Beyt qəsəbəsində sığınacaq mərkəzinin yerləşdiyi Zamu küçəsində pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumda çoxlu sayda qaçqın fələstinli, aralarında qadın və uşaqlar da yaralanıb.

 Beyt Hanun şəhərində toqquşmalar dünən axşamdan bəri davam edir

Digər tərəfdən, dünən axşam saatlarından etibarən Qəzzanın şimalındakı Beyt Hanun qəsəbəsinə daxil olan İsrail əsgərləri ilə fələstinli qruplar arasında qarşıdurmalar davam edir.

Qəzzanın şimal bölgələrindən İsraillə sərhədə yaxın yəhudi yaşayış məntəqələrinə də raketlər atılıb.

İsrail ordusunun 200 gündür bombardman etdiyi Qəzza zolağından atılan raketlər İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən dünən verilən açıqlamada Beyt Hanun bölgəsində bəzi İsrail əsgərlərinin və bir hərbi maşının “Yasin-105” raketləri ilə hədəf alındığı bildirilib.

İsrail ordusunun 7 oktyabrdan sonra qurudan Qəzzaya girdiyi ilk nöqtə kimi Beyt Hanun diqqəti çəkir.

 Qəzza şəhəri və digər ərazilərə intensiv hava zərbələri endirilib

Şahidlər bildiriblər ki, İsrail döyüş təyyarələri Qəzza şəhərinin Zeytun rayonunda bir küçəni bombalayıb və böyük dağıntılara səbəb olub.

Qəzza şəhərinin mərkəzi hissəsində bəzi binaları havadan bombalayan İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsinə də çoxlu hava zərbələri endirib.

Yerli qaynaqlar Qəzzanın mərkəzi hissəsindəki Deyr əl-Belah şəhərində bəzi evlərə endirilən hava hücumlarında ölən və yaralananların olduğunu, yaralıların Əqsa Şəhidləri Xəstəxanasına aparıldığını bildirib.

Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əl-Maqazi və Əl-Bureyc qaçqın düşərgələri də səhər saatlarından artilleriya və raket hücumlarına məruz qalıb.

Mənbə: TrtHaber

Sevinc Sadıqova

Oxşar xəbərlər

Bu ölkədə vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edirlər

Nigar Məmmədova

1313 evsiz insan küçələrdə öldü

Aynur Camal

Bayden və Tramp 5 ştatda keçirilən praymerizdə qalib gəliblər

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu