25 C
Baku
26 İyul 2025, 22:54
Baş xəbərDünya

Hücumların kölgəsində Qəzza zolağında bayram namazı qılındı

Qurban bayramını şiddətli hücumlar və dağıntılar kölgəsində qarşılayan Qəzza xalqı bütün çətinliklərə baxmayaraq bayram namazı üçün növbəyə düzülüb. Dağıntılar arasında qılınan dua həm müqavimət, həm də iman əlaməti idi.

İsrailin Qəzza zolağında davam edən hücumlarına baxmayaraq, fələstinlilər Qurban bayramı səhəri namazına toplaşıblar.

Bir çox bölgələrdə məscidlər zədələndiyi və ya tamamilə dağıldığı üçün insanlar bayram namazını açıq yerlərdə və dağıntıların yanında qılıblar.

Dualardan sonra həyatını itirənlərə sülh, azadlıq və rəhmət duaları edilib.

Qəzzalı müsəlmanlar çətin şəraitdə belə bayramın mənəvi ab-havasını yaşatmağa çalışıblar.

İsrailin aylarla davam edən bombardmanları nəticəsində Qəzzada bir çox məscid ya yararsız hala düşüb, ya da tamamilə dağıdılıb.

Bu, insanların açıq yerlərdə və müvəqqəti yerlərdə birlikdə namaz qılmasına səbəb olub.

Bəzi insanlar dağılmış evlərinin qarşısında, bəziləri isə kütləvi məzarlıqların aşkar edildiyi ərazilərin yaxınlığında dayanıb.

Bayram namazından sonra bir-birini salamlayan insanlar üzlərində həm sevinc, həm də kədər vardı.

Bir çox ailə bu bayrama yaxınlarını itirməyin dərin ağrıları ilə girdi.

Fələstin rəsmiləri və vətəndaş cəmiyyəti təşkilatları bayram münasibətilə humanitar yardım paylanmasını artırmağa çalışsa da, bölgədə ciddi qida, dərman və sığınacaq böhranı yaşanır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Həcc vizası və ya şəxsiyyət vəsiqəsi olmayanlar Məkkəyə buraxılmayacaq

Aynur Camal

Rusiya Yaxın Şərq ölkələrinə birgə silah istehsal etməyi təklif edir

Bugün TV

Fırtına səbəbindən təxminən 600 min insan təxliyə edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu