27 C
Baku
27 İyul 2024, 3:27
Dünya

Husilər ABŞ döyüş gəmisi ilə İsrailə gedən gəmini vurduqlarını açıqladılar

Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə ABŞ hərbi gəmisini və İsrailə gedən gəmini hədəf aldıqlarını açıqlayıb.

Husilərin sözçüsü Yəhya Seri Əl-Mesira telekanalında məsələ ilə bağlı açıqlama verib. Husilərin sözçüsü Yəhya Seri Əl-Mesira telekanalında məsələ ilə bağlı açıqlama verib.

Seri açıqlamasında husilərin ABŞ-ın “Maysun” döyüş gəmisini və Qırmızı dənizdəki “Destiny” adlı gəmini raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə aldığını bildirib.

Sözçü Seri, sözügedən hücumun Qırmızı dəniz üzərindən İsrail limanına gedən gəmilərin keçməsinin qarşısını almaq çərçivəsində həyata keçirildiyini müdafiə edib.

Yəməndə İranın dəstəklədiyi husilər, İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrail şirkətlərinə bağlı olduqlarını iddia etdikləri Yəmən sahillərində ticarət gəmilərini ələ keçirir və bəzilərinə pilotsuz hücumlar təşkil edir.

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı “Rəfahın Mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu” yaradıldığını açıqlayıb.

ABŞ və Böyük Britaniyanın Yəməndə nəzarəti altında olan bölgələrə hücumlarından sonra husilər bu iki ölkənin bütün gəmilərini hədəf alacaqlarını açıqlayıblar.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Heç bir kimyəvi maddə olmadan ağcaqanadlardan necə xilas olaq?

Aynur Camal

BM uşaq nikahlarının qarşısını almaq üçün tədbirlər görür

Aynur Camal

Kosmosdan qəribə siqnallar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu