25 C
Baku
27 İyul 2024, 4:38
Texnologiya

Husilər hipersəs raketini sınaqdan keçirdi

Bugun.tv xəbər verir ki, Yəmən husiləri yüksək ölümcülliyə malik bərk yanacaqlı hipersəs raketini sınaqdan keçirib. RİA Novosti Ənsar Allah hərəkatına yaxın hərbi mənbəyə istinadən xəbər verib.

Raket Mach 8-ə qədər, yəni saatda təxminən on min kilometr sürət yığa bilir. Sınaq buraxılış uğurlu olub. gələcəkdə bu silahların Qırmızı və Ərəb dənizlərində, eləcə də İsraildəki hədəflərə qarşı hücumlar zamanı istifadə üçün hazırlanması planlaşdırılıb.

Mənbənin sözlərinə görə, husilər üç ay davam edən sınaqlardan sonra raketlərini və pilotsuz uçuş aparatlarını da yeniləyiblər. Partlayıcı döyüş başlıqları öldürmə gücünü ikiqat artırmaq üçün dəyişdirilib.

Bundan əvvəl “Financial Times” yazıb ki, İran Qırmızı dənizdə gəmilərə hücumlarda Yəmənin “Ənsar Allah” üsyançı hərəkatına kömək etməkdə şübhəli bilinib.

Müxbir Qaytən Qasımzadə

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

“Planet-qatil” adlandırılan astroid yer kürəsi ilə kəsişə bilər.

Teymur Əziz

Canondan yenilik var!

Teymur Əziz

Süd Yolunu yaradan iki yeni blok aşkarlandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu