Bugun.tv xəbər veriri ki, Hyundai, elektrik avtomobilləri üçün üç il ərzində 51 milyard dollar investisiya ayıracaq, 80 min nəfər işlə təmin olunacaq.
Şirkətdən verilən açıqlamada, sərmayənin yarısından çoxunun yeni Ar-Ge infrastrukturu və elektrikli nəqliyyat vasitələri üçün montaj xətlərinə, qalan hissəsi isə proqram təminatı ilə müəyyən edilən və elektriklə işləyən avtomobillərə xərclənəcək.
Sözügedən Cənubi Koreya şirkətinin məqsədi, 2030-cu ilə qədər dünyanın ən yaxşı 3 elektrik avtomobil istehsalçısından biri olmaqdır.
Qeyd edək ki, Hunday 2030-cu ilə qədər öz ölkəsində illik istehsalı 1,51 milyon ədədə çatdırmağı planlaşdırır.
Müxbir: Şəms Elnurqızı