Bugun.tv xəbər verir ki, “Hər yerdə kitab” aksiyası Bakı-Pirşağı-Sumqayıt sürət qatarında keçirilib. İştirakçılar elmi, bədii və publisistik kitablar oxuyublar. Bu barədə millət vəkili Ceyhun Məmmədov öz facebook səhifəsində bildirib. “Aksiyanın keçirilməsində əsas məqsəd gənclərin oxumağa və mütaliəyə marağını daha da artırmaqdır. Məkan olaraq sürət qatarının seçilməsi də məhz bununla bağlı idi. Buradakı incə mesaj hər kəsə göstərir ki, şəraitdən və məkandan asılı olmayaraq hər yerdə kitab oxumaq mümkündür. Əlavə olaraq qeyd edim ki, vaxtdan səmərəli istifadə edərək gənlərlə birlikdə Sumqayıt Şəhərini gəzib yaxından tanıdıq. Sonda aksiya iştirakçıları ilə bir yerdə oxuduğumuz kitabları təhlil edərək xatirə şəkli çəkdirdik. Gələcəyimiz gənclərə əmanətdir. Onların inkişafına töhfə vermək hər birimizin borcudur”, – C.Məmmədov vurğulayıb.
əvvəlki yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri