28.9 C
Baku
11 Avqust 2026, 19:16
Baş xəbərKriminal

Ər arvadını bıçaqla xəsarət yetirərək öldürdü

Bugun.tv xəbər verir ki, bu gün saat 17:30 radələrində Ucar rayonu Rəstəcə kəndində evlərin birində 1995-ci təvəllüdlü Könül Əliyeva Nəsirəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, digər ünvanda 1996-ci il Rüfət İlyaszadə Əlimusa oğuluna müxtəlif dərəcəli kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1988-ci il təvəllüdlü Əliyev Anar Məhəbbət oğlu polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Bugün TV

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz

Aynur Camal

Türkiyə Yaxın Şərqdə əsas güclərdən birinə çevrilir

Aynur Camal

Ekspert: Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu