Bugun.tv xəbər verir ki, Kanadanın Alberta əyalətində yerləşən Ueynrayt hərbi bazasında baş verən güclü ot yanğını nəticəsində dörd hərbçi həlak olub, 39 nəfər xəsarət alıb. Yaralananlardan 19-nun vəziyyətinin ağır olduğu bildirilir.
Associated Press agentliyinin məlumatına görə, hadisə oktyabrın 17-də hərbçilərin döyüş hazırlığı təlimi keçdiyi ərazidə baş verib. Yanğın əvvəlcə nəzarət altına alınmış hesab edilsə də, küləyin qəfil istiqamətini dəyişməsi alovun sürətlə yayılmasına səbəb olub. Hərbçilərin bir hissəsi təhlükəni gördükdən sonra çox qısa müddətdə alovun əhatəsində qalıb.
Kanada hərbi rəhbərliyi hadisənin səbəblərinin araşdırıldığını açıqlayıb. İlkin məlumata əsasən, hadisənin terrorla əlaqəli olduğuna dair əlamət yoxdur. İstintaq zamanı yanğının necə başladığı, təhlükəsizlik tədbirlərinin yetərli olub-olmadığı və təlimin davam etdirilməsi ilə bağlı qərarlar nəzərdən keçiriləcək.
Kanadanın baş naziri Mark Karni həlak olan hərbçilərin ailələrinə başsağlığı verib və dövlət binalarında bayraqların yarıya qədər endirilməsi barədə göstəriş verib.
Mənbə: Associated Press
