Bugun.tv xəbər verir ki, hadisə Türkiyədə yaşanıb. Ankara istiqamətində hərəkətdə olan avtobusun mühərrikində yanğın baş verib. Tüstünü görən sürücü avtomobili təhlükəsizlik zolağına çəkib. Ətrafdakı vətəndaşlar yanğına balonlarla müdaxilə etməyə çalışıblar.
Hadisə yerinə yanğınsöndürənlər gəlib. Onların səyi nəticəsində yanğın söndürülüb.
Avtomobilə külli miqdarda ziyanın dəydiyi bildirilir.
Mənbə: TRT haber