Image default
Digər

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Donald Trump ABŞ-ın NATO-ya ehtiyac duymadığını bildirib və alyansı sərt tənqid edib.

Məlumata görə, ABŞ prezidenti jurnalistlərə açıqlamasında qeyd edib ki, NATO üzv ölkələri, eləcə də Cənubi Koreya, Avstraliya və Yaponiya İranla bağlı hərbi əməliyyatlar zamanı Vaşinqtona dəstək verməyib.

“Onlar bizə lazım deyildi, çünki ümumiyyətlə kömək etmədilər. Əksinə, kömək etməmək üçün əllərindən gələni etdilər. Hətta bizə uçuş-enmə zolaqları belə vermək istəmədilər”, – deyə Tramp bildirib.

ABŞ lideri NATO-nu “kağız pələng” adlandıraraq, alyansın daha çox ABŞ-dan asılı olduğunu vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Trampın NATO-dan çıxmaq ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı. Buna səbəb kimi alyansın İran əleyhinə əməliyyatlarda Vaşinqtona dəstək verməməsi göstərilir.

Analitiklər hesab edir ki, bu cür bəyanatlar Qərb daxilində hərbi-siyasi münasibətlərdə yeni gərginlik mərhələsinin başlanmasına səbəb ola bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Hostinq və domen nədir?

Teymur Əziz

Dərman çatışmazlığı rekord həddə çatdı

Aynur Camal

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu