11 C
Baku
20 Mart 2023, 23:59
Baş xəbərSiyasət

İ.Əliyev: “Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün hər cür şans var”

“Hesab edirəm ki, bizim razılığa gəlmək üçün yaxşı şansımız var. Xüsusən də, ötən ilin oktyabrında Soçidə keçirilən görüşdən sonra Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığına görə gec-tez belə bir müqavilənin imzalanması yaxşı fikir olardı”.

Bugun.tv xəbər verir ki, bunu Prezident İlham Əliyev Berlində Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşündə deyib.

Prezident vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquq əsasında sülh sazişi üçün beş fundamental prinsip hazırlayıb. Onun sözlərinə görə, bu prinsiplər əsasında sülh müqaviləsi imzalana bilərdi.

“Azərbaycanın mövqeyi iki yanaşmaya əsaslanır: birincisi, Ermənistanla sülh müqaviləsinin imzalanması, ikincisi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə dialoq aparılması”.

Dövlət başçısı xatırladıb ki, martın 5-də Azərbaycan nümayəndəsi Qarabağda ermənilərlə görüşüb. Onun administrasiyası reinteqrasiya və bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı görüşlərin davam etdirilməsi üçün Qarabağdakı erməni icmasının nümayəndələrini Bakıya dəvət edib.

Mənbə: TASS

Oxşar xəbərlər

General-leytenant Mustafa Oğuz ölkəmizdə rəsmi səfərdədir

Aynur Camal

Çavuşoğlu 10 ildən sonra Misirə səfər etdi

Nigar Məmmədova

Azərbaycan Prezidenti Qətər Əmirini təbrik edib

Nigar Məmmədova

Şərh yazın