16 C
Baku
28 Mart 2024, 13:08
Siyasət

İ.Rüstəmli: “İran tərəfi qəsdən bu hadisəni törədib”

Azərbaycanın İrandakı baş verən terror hadisəsi Azərbaycanla İran arasındakı münasibətlərə kəskin zərbə vuran və beynəlxalq diplomatiya sahəsində qəbuledilməz sayılan hadisələrdəndir.

Birbaşa məsuliyyət İran tərəfinə düşür. Bildiyimiz kimi hər bir ölkənin səfirliyi onun ərazisi kimi tanınır.Bu prinsiplə yanaşsaq belə başa düşürük ki,  bu birbaşa Azərbaycana qarşı törədilmiş terror hadisəsidir.İranda yaşayan azərbaycanlıların hüquqları pozulur və   baş vermiş terror aktı Azərbaycana qarşı törədilən növbəti təxribat hadisələrindən biri kimi dəyərləndirilir. Buradan da, belə qənaətə gəlmək olar ki , İran tərəfi ya Azərbaycan səfirliyini  qoruya bilmir ya da ki, ümumiyyətlə qorumaq istəmir.Fikrimcə, bu məsələdə İran tərəfi qəsdən bu hadisəni törədib.Yaxud bu hadisənin törədilməsinə şərait yaradıb.Ona görə də,məncə belə hadisələr Azərbaycan və İran arasındakı münasibətlərə təkcə kəskin zərbə vurmur, eləcə də bəzi milli-mənəvi, dövləti maraqlarımızla bağlı məsələlərin qabardılması ilə nəticələnə bilər. Çünki uzunmüddətdir ki, Azərbaycanlı soydaşlarımızın oradakı hüquqları pozulur. Əgər orada erməni dilində məktəb varsa, niyə Azərbaycan dilində məktəb yoxdur?! Biz din qardaşıyıq , müsəlman ölkəyik bizi bir-birimizə bağlayan mənəvi tellər var.Bu telləri qırmaq isə İrana qətiyyən sərf etmir.Ona görə də, mən belə başa düşürəm ki, İran tərəfi birmənalı olaraq radikal tədbirlər görməlidir.Əks halda Azərbaycan yenidən bu məsələnin qəsdən İran tərəfindən törədilməsi məsələsi üzərində dayanaraq, İran üçün çox ciddi təhlükə yarada bilər.

Ümumiyyətlə qonşuluq münasibətlərini qorumaq çox vacibdir. Xüsusəndə sənin qonşun, sənin din qardaşındırsa…Təbiiki baş verən hadisəni kəskin şəkildə pisləyirəm. Azərbaycanlılara qarşı zaman-zaman Tehranda, Təbrizdə və digər şəhərlərində göstərilən neqativ münasibətin uzantısı kimi dəyərləndirirəm.İran tərəfinin bu məsələlərdə daha ciddi məsuliyyətli olmasını məqsədəuyğun hesab edirəm.

Bu sözləri hərbçi – ekspert İbrahim Rüstəmli Bugun.tv-yə açıqlaması zamanı bildirib.

Oxşar xəbərlər

İlham Əliyev Füzuli rayonunun Cuvarlı kəndinin təməlini qoyub 

Bugün TV

“İran xüsusi xidmət orqanları Azərbaycanın müvafiq qurumları ilə birgə araşdırmada iştirak etməlidir”- Arzu Nağıyev

Aynur Əfəndi Zadə

Türkiyədən sonra Xorvatiya da etiraz etdi.

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu