28 C
Baku
9 İyul 2025, 11:54
Baş xəbər

“İblis və…” tamaşasının premyerası keçirildi

 Bugun.tv-yə Mədəniyyət Nazirliyindən daxil olan məlumata görə, Sankt-Peterburqda – Aleksandrinski Teatrında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “İblis və…” tamaşasının premyerası keçirilib.

Bu, Azərbaycan teatr tarixində Aleksandrinski Teatrında premyerası keçirilən ilk tamaşadır.

Tamaşanın nümayişindən əvvəl hər iki teatrın rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilib, Akademik Milli Dram Teatrının eskiz və fotolarından ibarət sərgi nümayiş olunub, Aleksandrinski Teatrına xatirə hədiyyəsi təqdim olunub.

Sərgidə teatrın tarixi, yerləşdiyi binanın özəlliyi, məşhur rejissorları, aktyorları, teatr hadisələrinə çevrilmiş tamaşaları öz əksini tapır.

Mətbuat konfransında çıxış edən Aleksandrinski Teatrının prezidenti, Xalq artisti Valeri Fokin, Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov, Aleksandrinski Teatrının direktoru Aleksandr Maliç, Bədii rəhbəri Nikita Kobelev “İblis və…” tamaşasının premyerasının Aleksandrinski Beynəlxalq Teatr Festivalı çərçivəsində keçirilməsini yüksək qiymətləndirib, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.

Daha sonra tamaşa nümayiş olunub. Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır.

Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.

Tamaşada Əməkdar artistlər Ayşad Məmmədov və Anar Heybətov (İblis), Elnar Qarayev (İblisin varisi-1), Elşən Cəbrayılov (İblisin varisi-2), aktyorlar Ziya Ağa (Arif), Elsevər Rəhimov (Vasif), Əməkdar artist Vəfa Rzayeva (Rəna), aktyor Elçin Əfəndi (İbn Yəmin), əməkdar artist Elşən Rüstəmov (Elxan), Xalq artisti Kazım Abdullayev (İxtiyar şeyx), aktyorlar Lalə Süleymanova (Xavər), Vüsal Mustafayev (Vasifin dostu), Elçin Nurəliyev (Çavuş, Haydut) və Tural İbrahimov (Kanuni, Haydut) iştirak edirlər.

Qeyd edək ki, tamaşa 4-5-6 oktyabr tarixlərində Akademik Milli Dram Teatrında tamaşaçılara təqdim olunacaq.

Mənbə:  Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Axtarışda olan şəxslərə qarşı əməliyyat: 32 nəfər saxlanıldı

Bugün TV

31 Mart soyqırımı haqqında – SORĞU

Bugün TV

Co Bayden Ağ Evdə vida naharı verdi: O göz yaşlarını saxlaya bilmədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu