15 C
Baku
24 Oktyabr 2025, 5:05
Digər

İçməli suda mikroplastikləri azaltmağın sadə üsulu kəşf olundu

Bugun.tv www.sciencealert.com saytına istinadla xəbər verir ki, sınaqlar həm yumşaq, həm də sərt kran suları üzərində aparılıb. Nəticələrə görə, qaynama prosesi zamanı sərt suda əmələ gələn kalsium karbonatın çökməsi plastik hissəciklərin səthinə yapışaraq onların filtrlərlə sudan ayrılmasını asanlaşdırır. Bu üsulla bəzi hallarda NMP-lərin 90 faizə qədəri sudan çıxarılıb. Yumşaq suda isə bu göstərici təxminən 25 faiz olub. Tədqiqatçılar bildiriblər ki, qaynadılmış suyun sadə metal süzgəcdən keçirilməsi mikroplastiklərin miqdarını əhəmiyyətli dərəcədə azaldır. Bu üsul gündəlik mətbəx şəraitində tətbiq oluna biləcək qədər əlçatan sayılır. Mikroplastiklərin insan orqanizminə təsirləri hələ tam öyrənilməsə də, onların bağırsaq mikrobiomuna və antibiotiklərə qarşı müqavimətə mənfi təsir göstərdiyi əvvəlki tədqiqatlarla təsdiqlənib. Alimlər ümid edirlər ki, qaynadılmış su içmək mikroplastiklərə qlobal məruzqalmanı azaltmaq üçün geniş yayılmış və faydalı vərdişə çevrilə bilər.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Zəlzələdən sonra ciddi ziyan dəymiş binalar söküldü

İntizar Əmirova

Dövlət Xidmətində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirildi

Kəmalə Sultan

“Bərabər İnkişaf Naminə” Azərbaycan Qadınlarının Forumu keçirildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu