14 C
Baku
17 Aprel 2025, 19:24
Baş xəbərSosial

İctimai yerlərdə əlillyi olan qadın və qızlara qarşı münasibət müzakirə edildi

Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin icrasını uğurla davam etdirir.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən əlilliyi olan qadın və qızlara, o cümlədən onların əhatəsində olan icma üzvülərinə Bakı şəhərində növbəti seminar 02- 03 fevral 2025-ci il tarixində iki günlük seminar maraqlı tərkibdə təşkil edilib.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi sədri Məhluqə xanım Rəhimova seminarın məqsədi, layihənin uğurlu strategiyası haqqında iştirakçılara geniş məlumat verib. Seminar Səhiyyə TV-nin ofisində təşkil olundu.

Seminarın məqsədi:

Əlillyi olan qadınların və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə və zorakılığa dair və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskriminasiya hallarının aradan qaldırılması yollarını müzakirə etməkdir.

Seminar gün ərzində layihə üzrə təlimçi İradə Rizazadə tərəfindən həyata keçirilib.

Eyni zamanda onlar arasında pozitivliyin yaranması, həyata baxışların dəyişməsi üçün əlavə könüllülər də cəlb olunub. Əlilliyi olan qadın və qızların sahibkarlıq istiqamətində maraqlı olmaları seminarda daha çox fəllıq yaradıb. Təlimçi İradə Rizazadə tərəfindən seminarda əsas istiqamət olan əlillik və cəmiyyətdə əlillik haqqında stereotiplər və səhv davranışlar haqqında məlumat verilib. Əlilliyi olan qadınlar və qızlar tərəfindən maraqlı təkliflər irəli sürülərək, daha çox qarşılaşdıqları problemlərin həllində dəstək istiqamətləri gündəmə gətirilib. Həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və görüləcək işlər vacibliyi, həlli yolları haqqında müzakirələr aparılıb. Əlilliyi olan qadınların və qızların cəmiyyətdə, ailədə, ifrastruktur çətinliklərində yaşadığı ailələrdə qarşılaşdığı problemlər haqqında danışılıb. Həmçinin onların hüquqlarının təmini, bu sahədə dəstəyin verilməsinin önəmi vurğulanıb.

Qeyd edək ki, layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmdir.

Eyni zamanda, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQİB) mətbuat xidmətindən verilən məlumata əsasən, seminarda 45 nəfər iştirak edib.

Bugün TV

Oxşar xəbərlər

İki avtomobil toqquşdu: 5 nəfər yaralandı

Bugün TV

Tanınmış türk aktyorları Azərbaycana gəldi – FOTO

Kəmalə Sultan

Vasif Tağıyev: “Onun fikri hamını öldürmək idi,tam hazırlıqlı gəlmişdi”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu