Bugun.tv xəbər verir ki, İtaliyanin Karara şəhərində Kung-Fu Sanda üzrə dünya çempionatı keçirilib. İmançılarımızdan 3 nəfər Elnur Tağıyev, Ümid Nağıyev, Gülay Hüseynova qızıl medala layiq görülərək, Dünya Çempionu olublar. Ülvi Dadaşzadə isə 2-ci yeri tutaraq, gümüş medala layiq görülüb. Bu barədə “Bugun.tv”-yə məşqçi Araz Ağayev məlumat verib. Onun sözlərinə görə, Vətənə qələbə ilə dönən idmançılarımız Baki Hava Limanında böyük izdihamla qarşılanıblar. Xocavənd İdman Klubunun prezidenti Məhəmməd Mirzəyev idmançıları təbrik edib. Onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Müxbir: Samid Həşimov