Dünya

İfrat sağçı jurnal qadağan edildi

Almaniyanın daxili işlər naziri Nensi Fazer daxili kəşfiyyat xidməti olan Konstitusiyanın Mühafizəsi Təşkilatı tərəfindən ifrat sağçı kimi təsnif edilən “Compact” jurnalını qadağan edib.

Nazir Nensi Faeser etdiyi yazılı açıqlamada, “Mən ifrat sağçı Compact jurnalını qadağan etdim. Bu jurnal ifrat sağçı seqmentin ruporudur. Bu jurnal yəhudilərə, immiqrasiya mənşəli insanlara və bizim parlament demokratiyamıza qarşı nifrəti dilə gətirməz şəkildə qızışdırır” deyib.

Qadağanın ifrat sağçı seqmentə qarşı sərt bir zərbə olduğuna diqqət çəkən Faeser, bu qadağa ilə mühacirlərə qarşı nifrət və şiddət mühitini alovlandıran və demokratik dövlətə zərər vermək istəyənlərə qarşı tədbir görüldüyünü ifadə edib.

Qadağadan sonra polis Brandenburq, Hessen, Saksoniya və Saksoniya-Anhalt əyalətlərində jurnal menecerlərinin evlərində axtarış aparıb və bəzi materiallar ələ keçirib.

Mənbə: Haber Global

Kəmalə Sultan

Oxşar xəbərlər

NATO baş katibi Mark Rutte: Əsas təhlükələr Rusiya, Çin və Şimali Koreyadır

Aynur Camal

Macarıstan pul vahidləri avroya keçməyi hədəfləyir

Aynur Camal

Alimlərdən yeni iddia: Su iki fərqli mayenin qarışığı ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu