II Sumqayıt Karyera sərgisi keçirilib.
Bugun.tv xəbər verir ki,Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi və Sumqayıt Gənclər Klubunun birgə təşkilatçılığı ilə II Sumqayıt Karyera sərgisi keçirildi.
“Sumqayıt Heydər Əliyev Mərkəzində ” baş tutan sərgidə iştirak edən şirkətlər öz vakansiyaları və təcrübə proqramlarını tanıdıb, gənclər üçün yeni karyera imkanları təklif ediblər. Həmçinin, sərgiyə qatılan gənclərə öz CV-lərini həmin tədbirdəki şirkətlərə təqdim etmək və vakansiyalara baş vurmaq imkanı da yaradılıb.
Gənclərimizin inkişafı və müxtəlif istiqamətlərdə yeni bilik və bacarıqlara yiyələnməsini təmin etmək məqsədilə sərgi ilə paralel olaraq, müxtəlif mütəxəssislər tərəfindən fərdi inkişaf təlimləri də keçirilib.
Karyera Sərgisində gənclərə Gənclər İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi tərəfindən həyata keçirilən “Gənc kadr” təcrübə proqramı haqqında məlumat verilib.