Mədəniyyət

III Beynəlxalq Məqam Sənəti Forumunun açılış mərasimi keçirildi

Bugun.tv-yə daxil olan məlumata əsasən, Özbəkistanın Namanqan şəhərində UNESCO və ICESCO-nun himayəsi altında təşkil olunan III Beynəlxalq Məqam Sənəti Forumunun təntənəli açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Müxtəlif ölkələrdən tanınmış musiqi xadimləri, ifaçılar, tədqiqatçılar və mədəniyyət sahəsinin nümayəndələrinin qatıldığı forum iyunun 26-dək davam edəcək.

Forum çərçivəsində Şərq klassik musiqi irsinin mühüm qollarından sayılan məqam (muğam) sənətinin tarixi, müasir inkişaf istiqamətləri, qorunması və gələcək nəsillərə ötürülməsi məsələləri müzakirə olunur.

2018-ci ildə əsası qoyulan və iki ildən bir keçirilən Beynəlxalq Məqam Sənəti Forumu elmi-praktik konfransları, konsert proqramlarını, ustad dərslərini və yaradıcı müzakirələri özündə birləşdirən nüfuzlu beynəlxalq mədəni platforma hesab olunur. Azərbaycan nümayəndə heyətinin tədbirdə iştirakı ölkəmizin zəngin musiqi irsinin beynəlxalq səviyyədə tanıdılması, türk dünyasının ortaq mədəni dəyərlərinin təşviqi və mədəni diplomatiyanın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış ETDİ

Aynur Camal

“Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə…”-FOTO+ÖZƏL

Aynur Camal

Xalq şairi Nəriman Həsənzadə vəfat etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu