25 C
Baku
27 İyul 2024, 3:50
İdman

İki boksçumuz ilin ilk beynəlxalq yarışında finala yüksəldi

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kubokuna start verilib.

Bugun.tv xəbər verir ki, ilin ilk beynəlxalq turnirin birinci günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Komandamızın 3 boksçusu rinqdən qələbə ilə ayrılıb. Yarımfinal çərçivəsində macarıstanlı Patrisiya Petrimanla üz-üzə gələn Banuçiçək Nəsirli (46 kq) rəqibini 4:1 (27:30, 30:27, 29:28, 30:27, 29:27) hesabı ilə məğlub edib. Yeniyetmələr arasında mübarizə aparan idmançımız finalda Roksana Talpasla (Macarıstan) döyüşəcək. Görüş yanvarın 21-də olacaq.

Gənclər arasında qüvvəsini sınayan Lalə Mədətova (48 kq) da mərhələ adlayıb. O, finala gedən yolda Briana İonitadan (Rumıniya) üstün olub – 3:2 (29:28, 28:29, 30:27, 28:29, 29:28). Mədətova yanvarın 19-da baş tutacaq həlledici görüşdə komanda yoldaşı Aysu İsmayılovaya qalib gələn rumıniyalı Mihaela Badesku ilə üz-üzə gələcək.

52 kq çəkidə çıxış edən Aynur Mikayılova da ilə qələbə ilə başlayıb. O, 1/4 finalda macarıstanlı Laura Horvatı 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib. Təmsilçimiz yarımfinalda rumıniyalı Karmen Kokosu sınağa çəkəcək.

Digər gənc boksçumuz Nərmin Əlizadə (50 kq) yarımfinalda Sanya Mitiçlə (Serbiya) qarşılaşıb və rəqib mərhələ adlayıb. Nəticədə həmyerlimiz yarışı bürünc medalla bitirib.

13 ölkədən 100-dən çox boksçunun qatıldığı Millətlər Kubokunun ikinci günü Azərbaycan millisinin daha 4 idmançısı mübarizəyə başlayacaq.

Nigar Məmmədova

Oxşar xəbərlər

Güləş üzrə millimiz üç medal qazandı

Aynur Camal

C.Buffon maraqlı paylaşım edib

Nigar Məmmədova

Vinq Çun Federasiyasının üzvü Süleyman İsmayılov: “Bu idman növü bizə özünümüdafiə ilə yanaşı özünə güvən hissini də aşılayır”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu