Baş xəbərDigər

İki idmançımız beynəlxalq turnirdə qızıl medal qazandı

Azərbaycan millisinin iki bədii gimnastı Litvanın Vilnüs şəhərində keçirilən “Dalia Kutkaite” beynəlxalq turnirində qızıl medal qazanıb.

Oxu.Az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Alina Məmmədova çoxnövçülük, top (26.150 xal) və gürzlərlə (26.250 xal) hərəkətlərin icrasında qızıl medala sahib çıxıb.

Kamilla Seyidzadə lentlə qızıl (24.850 xal), halqa ilə (24.000 xal) gümüş medala yiyələnib.

Leyli Ağazadə isə lentlə (27.850 xal) gümüş, halqa (27.050 xal), top (27.800 xal), gürzlərlə (24.600 xal) hərəkətlərin icrasında və çoxnövçülükdə bürünc medal əldə edib.

Alina Məmmədova həmçinin “Miss ekspressiya” titulu ilə də mükafatlandırılıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

İŞİD silahlıları Malidə 30 dinc sakini qətlə yetiriblər

Aynur Camal

Azərbaycanlı iş adamından Türkiyəyə böyük dəstək

Nigar Məmmədova

Belarus parlamentinin aşağı palatasına seçkilər başa çatdı – MSK sədri

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu