Image default
Baş xəbər

“Qəhrəman övladıyıq”- FOTO, VİDEO

  “Zəfər” Günü münasibətilə “Four Season” otelində Paşa Holding , Paşa Həyat Sığorta şirkətinin və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid övladlarının ifasında “Qəhrəman övladıyıq” adlı musiqi əsasında hazırlanmış klipin təqdimatı keçirilib.

Musiqi əsəri ilk dəfə Şuşada “Zəfər” Yay məktəbinin bağlanış mərasimində təqdim edilib. Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən yay məktəbi layihəsində şəhid övladlarının təlim keçdiyi istiqamətlərdən biri də musiqi dərnəyi olub. Musiqi əsərinin müəllifi şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynovadır. Musiqi əsəri əsasında hazırlanan klipin rejissoru Cəlal Kəngərli, senari müəllifi Məryəmxanım Abbasəliyevadır. Klip Paşa Holdinq və Paşa Həyat Sığorta şirkətlərinin dəstəyi əsasında hazırlanıb.

Təqdimatda AR İnsan Hüquqları üzrə Ombudsmanı Səbinə Əliyeva, millət vəkili Ceyhun Məmmədov, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, şəhid ailə üzvləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir klipin təqdimatı ilə yekunlaşıb.

Zəfəri bizə bəxş edənlərə ithaf olunan həmin bədii-musiqili kompozisiyanı şirkətin rəsmi sosial səhifəsindən izləyə bilərsiniz:

 

Aynur Camal

Oxşar xəbərlər

E.Dərziyeva: “Xeyirxahlığı ilə ömür qazanan insan – əqrəbam Selahattin Turanın əziz xatirəsinə”

Elnarə Dərziyeva

Türkiyə dünyanın ən çox ziyarət edilən 4-cü ölkəsi oldu

Aynur Camal

Ceyhun Məmmədov: 15 İyul Türkiyə xalqının iradə və həmrəyliyinin simvoludur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu