Baş xəbər

İki nazir mətbuat konfransı keçirdi

“Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycan üçün hər zaman prioritet olub”.

Bugun.tv xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 26-da Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə keçirdiyi birgə mətbuat konfransı zamanı səsləndirib.

Nazir bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələrinin maraqlarının beynəlxalq platformalarda təbliği və Afrika ölkələri ilə əlaqələrinin inkişafı üçün böyük səylər göstərib.

“Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının yaradılması kimi əhəmiyyətli işlər görüb”, – deyə C.Bayramov əlavə edib.

Mənbə: Xarici İşlər Nazirliyi

Bugün TV

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Milli maraqlar şəxsi ambisiyalara qurban verilməməlidir

Aynur Camal

Antiperspirantlarla bağlı şok iddialar: Döş xərçəngi və Alzheimer xəstəliyinə səbəb olur!

Elnarə Dərziyeva

Ruhlar həqiqətən mövcuddur? Son elmi araşdırmalar nə göstərir?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu