11 C
Baku
4 Dekabr 2025, 0:37
Baş xəbər

İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Bugun.tv xəbər verir ki, bu barədə president.az saytı məlumat yayıb.

Dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün nəticələrindən məmnunluğunu bildirdi və bu istiqamətdə göstərdiyi davamlı səylərinə görə ABŞ Dövlət katibi Antoni Blinkenə təşəkkürünü ifadə etdi.

Qonaq ABŞ Dövlət katibinin salamlarını Prezident İlham Əliyevə çatdıraraq vurğuladı ki, Antoni Blinken də Münxen görüşünün səmərəli keçdiyi qənaətindədir.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antoni Blinkenə çatdırmağı xahiş etdi.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı.

Bugün TV

Oxşar xəbərlər

“Ulu öndər, Azərbaycan xalqının müqəddəratını müəyyən edən ölməz lider Heydər Əliyevin 100 illik yubileyinə ithafən…”

Bugün TV

PKK əməliyyatı: 4 nəfər saxlanıldı

Aynur Əfəndi Zadə

Bakıda yanğın baş verdi!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu